Azərbaycan FİDE-nin reytinq siyahısında 7-ci pilləyə yüksəlib
01.07.2008 - 09:55
Azərbaycan FİDE-nin reytinq siyahısında 7-ci pilləyə yüksəlib
Onu 2788 xalla rusiyalılar Aleksandr Morozeviçlə sabiq dünya çempionu Vladimir Kramnik izləyir. İlk “onluq”da yenə Azərbaycan milli komandasının iki üzvü yer alıb. Təmsilçilərimiz arasında ən yüksək göstərici Teymur Rəcəbova məxsusdur. Bir pillə irəliləyən 21 yaşlı qrossmeysterimiz 2744 xalla 7-ci sırada qərarlaşıb. Şəhriyar Məmmədyarov (2742 xal) isə əksinə, bir pillə geriləməklə 8-ci olub. Şahmatçılarımızdan ən çox irəliləyişə Vüqar Həşimov nail olub. 21 pillə sıçrayış edən qrossmeysterimiz 2717 xalla 20-ci sırada yer alıb. Ən güclü 100 kişi şahmatçının siyahısındakı sonuncu təmsilçimiz Qədir Hüseynov isə 2643 xalla 82-ci olub. Ötən aylarda olduğu kimi, bu dəfə də ən güclü 100 qadın və 20 gənc qız şahmatçının siyahısında həmyerlilərimiz yer almayıblar. Gənc oğlanların sıralamasında isə Rauf Məmmədov 2627 xalla altıncıdır. Milli komandamızın mövqeyində də dəyişiklik qeydə alınıb. Üç pillə irəliləyən Azərbaycan yığması 2622 xalla 7-ci yeri tutub. 137 komandanın sıralamasına yenə Rusiya (2720 xal) başçılıq edir.
0