Azərbaycan UEFA-nın reytinq cədvəlində yeni rekord müəyyənləşdirib
16.07.2008 - 10:49
Azərbaycan UEFA-nın reytinq cədvəlində yeni rekord müəyyənləşdirib
Çempionlar Liqasının birinci təsnifat mərhələsində “İnter” klubunun Makedoniyanın “Rabotniçki” komandasıyla heç-heçə etməsindən sonra Azərbaycanın əmsalı 3,998-ə çatıb. Avrokuboklarda 14 ildir çıxış edən komandalarımızın nəticələri heç vaxt əmsalın bu həddə çatmasına imkan vermirdi. İndiyədək rekord göstərici 3,832-yə bərabər idi. Reytinq sıralamasında 42-ci olan Azərbaycan “İnter” qələbə qazanacağı halda, ən azı bir günlük 41-ci pilləyə yüksələ bilərdi. Çempionlar Liqasının ilk gününün oyunlarından sonra Estoniyadan 0,001 xal geri qalan ölkəmiz ən yaxın izləyicisi Albaniyanı 0,665 xal qabaqlayır.
Qeyd edək ki, UEFA-nın reytinqində İntertoto kubokunun nəticələri nəzərə alınmır.
0