“Vaslui” klubunun baş məşqçisi: “Neftçi” azarkeşlərindən əlavə güc alır”
16.07.2008 - 11:30
“Vaslui” klubunun baş məşqçisi: “Neftçi” azarkeşlərindən əlavə güc alır”
İntertoto kubokunun üçüncü mərhələsində “Neftçi” ilə görüşəcək vasluililərin çalışdırıcısı Azərbaycanda azarkeşlərdən çəkinir: “Neftçi”nin “Jerminal”a qarşı Belçikadakı oyununu özüm, Bakıdakı matçı isə köməkçilərimdən biri izləyib. Doqquz ildir öz meydanında uduzmayan komanda ilə qarşılaşmaq bizim üçün çox çətin olacaq. Mən bir sıra oyunçularımızın qitə kuboklarında təcrübəsiz olmasından ehtiyatlanıram. Onların debütü Bakıdakı görüşə təsadüf edəcək. Buna baxmayaraq, əlimizi yanımıza salmaq fikrimiz yoxdur. İlk oyunda nə qədər qol buraxmağımız haqda isə düşünmürəm. Məni yalnız iki oyunun ümumi nəticəsi maraqlandırır”.
Qeyd edək ki, “Neftçi” – “Vaslui” matçı iyulun 19-da keçiriləcək.
0