“İnter” Makedoniyanın 8 çempionuna qarşı oynayıb
16.07.2008 - 12:07
“İnter” Makedoniyanın 8 çempionuna qarşı oynayıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “İnter” klubu Makedoniyanın 8 çempionuna qarşı oynayıb. “APA-Sport” agentliyinin məlumatına görə, Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda bakılılarla 0:0 hesablı heç-heçə edən “Rabotniçki”nin heyətində ötən mövsümkü komandanın 8 futbolçusu meydana çıxıb. Makedoniya çempionu olduqdan sonra oyunçularla bağlı ciddi problemlər yaşayan rəqibimiz çempion heyətin bəzi üzvlərini Bakıdakı oyunadək sıralarında saxlayıb. Makedoniya mətbuatı oyun qabağı komandanın az qala dağıldığını iddia etsə də, ölkə çempionu adını qazananlardan Lyupço Kmetovski, Dimitar Lazarevski, Krste Velkovski, Blaje İliyoski, Bojan Mixayloviç, Minas Osmani, Eftim Aksentiyev və Adekunle Lukmon səfərdəki uğurda pay sahibi olub. Avrokuboklarda 11-ci dəfə səfər oyununu keçirən “Rabotniçki” tarixi ərzində ikinci dəfə meydanı qol buraxmadan tərk edib.
Qeyd edək ki, “İnter” və “Rabotniçki” arasında cavab oyunu iyulun 22-də keçiriləcək.
0