Boban Babunski: “Rəqib meydanında 0:0 hesabı məni razı saldı”
16.07.2008 - 12:40
Boban Babunski: “Rəqib meydanında 0:0 hesabı məni razı saldı”
Bakı. Mehman Süleymanov - APA-Sport. “İnter”lə səfər oyununda qənaətbəxş nəticəyə ümid edirdik. Ancaq hesabın belə olacağını gözləmirdik”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri Çempionlar Liqasında “İnter”lə görüşən Makedoniyanın “Rabotniçki” klubunun baş məşqçisi Boban Babunski deyib. Bakıdakı görüşün gərgin mübarizə şəraitində keçdiyini deyən 40 yaşlı makedoniyalı mütəxəssis qeydə alınan qolsuz heç-heçədən razı qalıb: “İlk matçda bizə sərfəli nəticə lazım iki, buna da nail olduq. Rəqib meydanında 0:0 hesabı məni razı saldı. Səfər matçında hücum etməməyimiz seçilən taktika ilə bağlı. Nəticəyə oynadığımızdan, daha çox müdafiəyə diqqət yetirməyi tapşırmışdım. 90 dəqiqə əzmkarlıq nümayiş etdirən yetirmələrimə minnətdaram”.
0