Oyunu sərxoş idarə edən FİFA hakimi ömürlük cəzalandırılıb
16.07.2008 - 13:00
Oyunu sərxoş idarə edən FİFA hakimi ömürlük cəzalandırılıb
Bakı. Mehman Süleymanov - APA-Sport. Belarus çempionatında oyunu sərxoş idarə edən FİFA hakimi Sergey Şmolik ömürlük cəzalandırılıb. “APA-Sport” agentliyinin məlumatına görə, 45 yaşlı beynəlxalq dərəcəli hakimlə bağlı belə cəzanı Belarus Futbol Federasiyasının Hakimlər Komitəsi çıxarıb.
2005 və 2007-ci ildə Belarusun ən yaxşısı hakimi seçilən və ölkəsinin ilk FİFA hakimi olan S.Şmolik Belarus çempionatının 13-cü turu çərçivəsində “Vitebsk” - “Naftan” (1:1) görüşündə meydana sərxoş vəziyyətdə çıxmışdı.
0