“Xəzər-Lənkəran” daha bir futbolçusunu itirib
16.07.2008 - 13:37
“Xəzər-Lənkəran” daha bir futbolçusunu itirib
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycanı UEFA kubokunda təmsil edəcək “Xəzər-Lənkəran” klubu daha bir itki ilə üzləşib. “APA-Sport” agentliyinin məlumatına görə, Lənkəran təmsilçisinin əsas oyun qurucusu olan Juninyo Osvaldo zədə səbəbindən Polşanın “Lex” klubu ilə sabahkı görüşdə meydana çıxa bilməyəcək. 26 yaşlı braziliyalı yarımmüdafiəçi aldığı zədə ucbatından məşqi yarımçıq tərk etməli olub. Bu gün keçirilən müayinə J.Osvaldonun əzələ dartması ilə bağlı probleminin olduğunu göstərib. Futbolçu polşalılarla cavab görüşündə də kənarda qalacaq. Çünki ilkin diaqnoz J.Osvaldonun iki həftə oynaya bilməyəcəyini göstərib. “Xəzər-Lənkəran” “Lex”lə cavab görüşünü iyulun 31-də səfərdə keçirəcək.
Qeyd edək ki, komandamızın iki müdafiəçisi kapitan Emin Quliyev cəza, R.Poladov zədə səbəbindən polşalılarla hər iki görüşdə iştirak etməyəcək.
0