“Vaslui” klubunun prezidenti: “Neftçi”ni keçəcəyimizə əminəm”
16.07.2008 - 14:37
“Vaslui” klubunun prezidenti: “Neftçi”ni keçəcəyimizə əminəm”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “İki oyunun nəticəsinə görə “Neftçi”yə qalib gələcəyimizə əminəm. UEFA kubokuna vəsiqəni biz qazanacağıq”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Rumıniyanın “Vaslui” klubunun prezidenti Adrian Porumboi deyib. İntertoto kubokunun üçüncü mərhələsində Bakının “Neftçi” klubunun rəqibi olan rumıniyalılar özlərini daha şanslı sayırlar: “Neftçi”nin səfərdə “Jerminal”a qarşı keçirdiyi oyunu mən də izləmişəm. Rəqib nə qədər güclü olsa belə, cütün favoriti bizik. Müqayisə edəndə az da olsa, daha çox şans bizdədir. İstədiyimiz transferlərin hamısını reallaşdıra bilmişik. Üstəlik, əla hazırlıq da keçmişiksə, niyə qalib gəlməyək?”
Qeyd edək ki, “Neftçi” ilə ilk oyununu iyulun 19-da keçirəcək rumıniyalılar sabah axşam ölkəmizə gələcək.
0