Azərbaycan voleybol milli komandası mövqeyini qoruyub
29.07.2008 - 10:35
Azərbaycan voleybol milli komandası mövqeyini qoruyub
Bakı. Kənan Həsənov - APA-Sport. Beynəlxalq Voleybol Federasiyası kişilərdən ibarət milli komandaların yeni reytinq cədvəlini dərc edib. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan yığmasının mövqeyində dəyişiklik qeydə alınmayıb. Sahib Əliyevin rəhbərlik etdiyi komandamız 4,5 xalla 81-ci pillədəki mövqeyini qoruyub. 113 millinin yer aldığı siyahıya yenə Braziliya (248 xal) başçılıq edir. Liderin ən yaxın izləyiciləri Rusiya (195,5 xal) və ABŞ (174,5 xal) yığmalarıdır.
Qeyd edək ki, Azərbaycanın qadınlardan ibarət milli komandası da bir müddət öncə açıqlanan siyahıda mövqeyini qoruyub. Faiq Qarayevin başçılıq etdiyi yığmamız 103 komandanın sıralamasında 23,5 xalla 26-cı yeri tutub.
0