Valeriya Korotenko və Oksana Quliyeva yenidən “Fənərbaxça”ya qayıdırlar
04.08.2008 - 14:59
Valeriya Korotenko və Oksana Quliyeva yenidən “Fənərbaxça”ya qayıdırlar
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın voleybol üzrə qadınlardan ibarət milli komandasının və “Azərreyl” klubunun iki üzvü karyerasını yenidən ölkə xaricində davam etdirməyə yaxındır. Bu haqda “APA-Sport” agentliyinə Voleybol Federasiyasının mətbuat katibi Zöhrab Gözəlbəyli məlumat verib. Onun sözlərinə görə, hazırda Oksana Quliyeva və Valeriya Korotenkonun transferi ilə bağlı Türkiyənin “Fənərbaxça” klubu ilə danışıqlar gedir. Voleybolçulara digər klublar da maraq göstərsə də, tərəflərin yaxın günlərdə razılığa gələcəyi gözlənilir.
Qeyd edək ki, O.Quliyeva ilə V.Korotenko ötən mövsüm “Fənərbaxça”nın heyətində icarə əsasında çıxış edərək, Türkiyə Superliqasının gümüş medalını qazanıblar.
0