Azərbaycan şahmatçısı Hollandiyada keçirilən beynəlxalq turnirdə ikinci yeri tutub
11.08.2008 - 12:17
Azərbaycan şahmatçısı Hollandiyada keçirilən beynəlxalq turnirdə ikinci yeri tutub
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycan şahmatçısı Nicat Məmmədov Hollandiyanın Tvente şəhərində keçirilən beynəlxalq turnirdə uğurlu çıxış edib. “APA-Sport” agentliyinin məlumatına görə, gənc ustalar arasında yarışan idmançımız 6,5 xalla ikinci yeri tutub. N. Məmmədov bu uğurunun qarşılığında ümumi mükafat fondundan 1110 avro qazanc əldə edib. 20 şahmatçının qatıldığı turnirin qalibi özbəkistanlı Anton Filippov (7 xal) olub.
0