Azərbaycanın milli komandası Avropa çempionatına hazırlığın birinci mərhələsini başa vurub
13.08.2008 - 14:48
Azərbaycanın milli komandası Avropa çempionatına hazırlığın birinci mərhələsini başa vurub
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın voleybol üzrə qadınlardan ibarət milli komandası Avropa çempionatının pley-off mərhələsinə hazırlıq çərçivəsində birinci təlim-məşq toplanışını başa vurub. Bu haqda “APA-Sport” agentliyinə Voleybol Federasiyasının mətbuat katibi Zöhrab Gözəlbəyli məlumat verib. Onun sözlərinə görə, Faiq Qarayevin rəhbərliyi altında Quba Olimpiya Kompleksində təlim-məşq toplanışında olan komandamız bu gün Bakıya qayıdıb. Voleybolçularımız hazırlığın ikinci mərhələsini paytaxtda, avqustun 17-də ölkəmizə gələcək Belarus yığması ilə birgə keçirəcək. Komandalar arasında bir neçə yoxlama matçının keçirilməsi də nəzərdə tutulub. Rusiyanın ən titullu klubu “Uraloçka”nın səfərinin vaxtı da dəqiqləşib. Yekaterinburqlular avqustun 28-də Bakıya təşrif buyuracaqlar.
Qeyd edək ki, milli komandamız Avropa çempionatının pley-off mərhələsində Yunanıstanla qarşılaşacaq. İlk oyun sentyabrın 7-də Bakıda, cavab matçı isə bundan bir həftə sonra səfərdə keçiriləcək.
0