Qadın voleybolçular arasında dünya çempionatının ikinci təsnifat mərhələsinin oyunları Bakıda keçiriləcək
13.08.2008 - 15:51
Qadın voleybolçular arasında dünya çempionatının ikinci təsnifat mərhələsinin oyunları Bakıda keçiriləcək
Bakı. Kənan Həsənov - APA-Sport. Qadın voleybolçular arasında dünya çempionatının ikinci təsnifat mərhələsinin oyunları Bakıda keçiriləcək. Azərbaycan Voleybol Federasiyasının mətbuat katibi Zöhrab Gözəlbəylinin “APA-Sport” agentliyinə verdiyi məlumata görə, milli komandamızın da qatılacağı yarışın ikinci təsnifat mərhələsinin oyunları 2009-cu ilin mayında təşkil olunacaq. Artıq bununla bağlı Beynəlxalq Voleybol Federasiyasının razılığı alınıb. Yığmamızın qrupda qarşılaşacağı rəqiblər Pekin Olimpiadasından sonra atılacaq püşk nəticəsində müəyyənləşəcək.
Qeyd edək ki, dünya çempionatının final mərhələsi 2010-cu ildə Yaponiyada baş tutacaq.
0