Çimərlik voleybolu üzrə Azərbaycan kubokunun mükafatçıları müəyyənləşib
18.08.2008 - 14:53
Çimərlik voleybolu üzrə Azərbaycan kubokunun mükafatçıları müəyyənləşib
Bakı. Kənan Həsənov - APA-Sport. Çimərlik voleybolu üzrə Azərbaycan kubokunun mükafatçıları müəyyənləşib. “APA-Sport” agentliyinin Voleybol Federasiyasının mətbuat katibliyinə istinadən verdiyi məlumata görə, turnirdə qələbə uğrunda 14 kişi və 10 qadın komandası mübarizə aparıb. Kişilərin birinciliyində qalib adını “Aztelekom-3” klubu qazanıb. Qadınlar arasında isə “Avtoretroklub” ən güclü komanda ünvanını əldə edib.
Qeyd edək ki, Azərbaycan kubokunun oyunları “Crescent Beach” çimərliyində təşkil olunub.
0