Azərbaycan və ABŞ yığmaları yoldaşlıq görüşündə qarşılaşacaq
27.08.2008 - 17:46
Azərbaycan və ABŞ yığmaları yoldaşlıq görüşündə qarşılaşacaq
Bakı. Elşən Məmmədov - APA-Sport. Azərbaycan və ABŞ-ın boks üzrə milli komandaları arasında yenidən yoldaşlıq görüşü keçiriləcək. Bu haqda “APA-Sport” agentliyinə Azərbaycan Boks Federasiyasının prezidenti Ağacan Abiyev məlumat verib. Onun sözlərinə görə, bununla bağlı ABŞ Boks Federasiyasının rəsmiləri ilə XXIX Pekin Yay Olimpiya Oyunları zamanı razılıq əldə olunub. A. Abiyev bildirib ki, 2009-cu ilin oktyabrında Bakıda təşkil olunacaq görüşlər iki kateqoriya - 1992-1993-cü il təvəllüdlü yeniyetmələr və böyüklər arasında baş tutacaq: “Biz əvvəllər bir neçə dəfə böyüklər arasında döyüşlər keçirmişik. Amma bu dəfə yeniyetmələrin də iştirakını məqbul saydıq. Məqsədimiz 2010-cu ildə Sinqapurda olacaq Yeniyetmələrin Yay Olimpiya Oyunlarına hazırlığın səviyyəsini öyrənməkdən ibarətdir”.
0