Rusiyanın “Uraloçka” klubu Qubada yoxlama matçı keçirib
29.08.2008 - 18:49
Rusiyanın “Uraloçka” klubu Qubada yoxlama matçı keçirib
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycana təlim-məşq toplanışına gələn Rusiyanın qadın voleybolçulardan ibarət “Uraloçka” klubu Quba Olimpiya Kompleksində ilk yoxlama matçını keçirib. “APA-Sport” agentliyinin Azərbaycan Voleybol Federasiyasının mətbuat katibi Zöhrab Gözəlbəyliyə istinadən verdiyi məlumata görə, əfsanəvi mütəxəssis Nikolay Karpolun rəhbərlik etdiyi kollektiv “İqtisadçı” komandasına 3:0 hesabı ilə qalib gəlib. Rusiyalıların qarşıdakı günlərdə yığmamızın baza klubu “Azərreyl” və “Rabitə” ilə də görüşlər keçirməsi nəzərdə tutulub. Z. Gözəlbəyli onu da bildirib ki, bu mövsüm Avropa kuboklarına qatılacaq “İqtisadçı” və “Rabitə” heyətlərini gücləndirəcəklər. Bu məqsədlə klublarımızın düşərgəsində Bolqarıstan, Rusiya, Ukrayna və Moldovadan dəvət edilən legionerlər baxışdan keçirilir.
0