Sabah Vüqar Ələkbərovun məhkəməsi başlayır
04.09.2008 - 15:36
Sabah Vüqar Ələkbərovun məhkəməsi başlayır
“APA-Sport” agentliyinin məlumatına görə, 27 yaşlı idmançının cinayət işi üzrə məhkəmə prosesi sentyabrın 5-də baş tutacaq. Prosesə hakim Əlövsət Abbasov sədrlik edəcək.
Qeyd edək ki, V. Ələkbərov Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunur. Bu il mayın 16-da Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həbs olunmuş boksçu iş adamı Kənan Quliyevi hədələyərək, 10 min dollar tələb etməkdə təqsirləndirilir.
0