Olimpiya mükafatçısı Vüqar Ələkbərovun məhkəməsi başladı
05.09.2008 - 11:06
Olimpiya mükafatçısı Vüqar Ələkbərovun məhkəməsi başladı
Bakı – APA-Sport. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə boks üzrə Azərbaycan milli komandasının sabiq üzvü, Sidney Yay Olimpiya Oyunlarının bürünc medalçısı Vüqar Ələkbərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, hakim Əlövsət Abbasov sədrlik etdiyi prosesdə məhkəmə baxışının vaxtı sentyabrın 9-na təyin olunub.
Qeyd edək ki, V. Ələkbərov Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunur. Boksçu iş adamı Kənan Quliyevi hədələyərək, 10 min dollar tələb etməkdə təqsirləndirilir. O, bu ilin mayın 16-da Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həbs edilib.
0