Bekhem üçün yeni komanda
09.09.2008 - 17:55
Bekhem üçün yeni komanda
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. İngiltərə yığmasının üzvü Devid Bekhemə yeni təklif gəlib. “APA-Sport”un məlumatına görə, “Preston End Nord” klubu sabiq futbolçusuna komandaya sahib çıxmağı təklif edib. İngiltərə çempionatının birinci divizionunda çıxış edən komandanın rəhbəri Derek Şou Bekhemə potensial müştəri gözü ilə baxır: “Biz Bekhemi yaxşı xatırlayırıq. İnanıram ki, o şəhərimizdə keçirdiyi günləri unutmayıb. Telefon nömrəmizi tapmaq çətin deyil. Səbirsizliklə Devidin zəngini gözləyirik. Potensial investorlarla danışıqlara hazırıq”.
Qeyd edək ki, 1995/96 mövsümündə “Preston End Nord”un heyətində 5 oyuna 2 qol vuran Devidin özü də bir müddət əvvəl vətənində klub almaq niyyətində olduğunu bildirmişdi.
0