İkinci dəfə ölən futbolçu
10.09.2008 - 09:38
İkinci dəfə ölən futbolçu
Bakı. Mehman Süleymanov - APA-Sport. Moskvanın “Lokomotiv” klubunun keçmiş müdafiəçisi Ceykob Lekheto dünyasını dəyişib. “APA-Sport”un məlumatına görə, Cənubi Afrikadan olan 34 yaşlı futbolçu uzun sürən ağır xəstəlikdən sonra vətənində, Yohannesburq şəhərində vəfat edib. Lekhetonun hələ bir il öncə avtomobil qəzası nəticəsində həlak olması haqda məlumat yayılsa da, sonradan bunun yalan olduğu üzə çıxmışdı. 2001-ci ildən 2004-cü ilədək “Lokomotiv”in heyətində keçirdiyi 98 oyunda 3 qol vuran afrikalı futbolçu Rusiya çempionu olub. Milli komandasının heyətində 26 oyun keçirən və dünya çempionatının iştirakçısı olan Lekheto Rusiyanı 2004-cü ildə ailə vəziyyətinə görə tərk edib. Buna səbəb futbolçunun həyat yoldaşının ölümü olub.
0