Platini əbədiləşdirilir
10.09.2008 - 11:07
Platini əbədiləşdirilir
Bakı. Mehman Süleymanov - APA-Sport. UEFA prezidenti Mişel Platininin adı əbədiləşdiriləcək. “APA-Sport”un məlumatına görə, ali futbol qurumunun başçısının adı yaxın vaxtlarda İngiltərənin Şöhrət Futbol Zalına daxil ediləcək. Futbolçu karyerasının ən yaxşı dövrünü “Yuventus”da keçirən (1982-87) Platini bu komandanın heyətində 417 oyunda 68 qol vurub. Bu göstərici ilə o, İtaliya futbolu tarixində ən uğurlu çıxış edən əcnəbi futbolçu olub. 1984-cü ildə Fransa yığmasının heyətində vətənində keçirilən Avropa çempionatının (AÇ) qalibi olan Platini ona göstərilən diqqətdən razılığını ifadə edib: “İngiltərənin Şöhrət Futbol Zalının qərarı mənə çox duyğulandırdı. Bu, mənim üçün böyük şərəfdir. Ümid edirəm ki, rəsmi mərasimdə 70-80-ci illərdə bir yerdə meydana çıxdığım insanlarla görüşəcəyəm”.
Qeyd edək ki, Platini AÇ-də vurduğu 9 qolla turnirin ən sərrast oyunçusu olaraq qalır.
0