Yunanları yenə devirdik - FOTOSESSİYA
15.09.2008 - 10:48
Yunanları yenə devirdik - FOTOSESSİYA
Bakı. Kənan Həsənov - APA-Sport. Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının final mərhələsinə yüksəlib. “APA-Sport”un məlumatına görə, Faiq Qarayevin başçılıq etdiyi yığmamız bu uğuru Yunanıstanda reallaşdırıb. Turnirin pley-off mərhələsində yerli komandanı sınağa çəkən voleybolçularımız rəqibini 3:1 (29:27, 25:21, 23:25, 30:28) hesabı ilə məğlub ediblər. Bununla da komandamız 2009-cu ilin sentyabrında Polşada keçiriləcək qitə birinciliyinin final mərhələsində mübarizə aparmaq hüququ qazanıb.

Komandalar arasında ilk oyun sentyabrın 7-də Quba Olimpiya Kompleksində baş tutub. Voleybolçularımız bu görüşdə də inamlı qələbəyə seviniblər - 3:0 (25:20, 25:15, 25:15).

Qeyd edək ki, qadın yığmamız indiyədək iki dəfə analoji yarışın final mərhələsinə qatılıb. Komandamız 2005-ci ildə Xorvatiyada 4-cü, ötən il isə Belçika və Lüksemburqda təşkil olunan birincilikdə 12-ci yeri tutub.








0