Fərid Mansurov rinqə çıxacaq
18.09.2008 - 14:44
Fərid Mansurov rinqə çıxacaq
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycan boksçuları sentyabrın 21-də Rusiyanın Kazan şəhərində start götürəcək tələbələr arasında dünya çempionatında iştirak edəcəklər. Bu haqda “APA-Sport”a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən məlumat verilib. Üçüncü dəfə təşkil olunacaq yarışda 8 idmançımızın mübarizə aparacaq.

Məşqçilər Salam Bağırovla Şamil Əlimzanovun rəhbərliyi altında Kazana Elgün Əhmədov (51 kq), Rəhim Nəcəfov (54 kq), İlkin Ağayev (57 kq), Qismət Eynullayev (60 kq), Anar Cəfərov (64 kq), Fərid Mansurov (69 kq), Rəşad Müslümov (75 kq) və Hafiz İsgəndərov (81 kq) yollanacaq.

Sentyabrın 27-də başa çatacaq dünya birinciliyinin hakimlər korpusunda isə Ravil Yanikeyev yer alacaq.
0