Leyla Əli yenidən rinqə qayıdır
23.09.2008 - 13:58
Leyla Əli yenidən rinqə qayıdır
Bakı. Kənan Həsənov - APA-Sport. Peşəkar boks üzrə sabiq mütləq dünya çempionu Leyla Əli yenidən rinqə qayıdır. “APA-Sport”un məlumatına görə, avqustda ana olan Leyla 2009-cu ilin əvvəlindən məşqləri bərpa edəcək. 31 yaşlı amerikalı idmançı ancaq güclü boksçularla qarşılaşmaq istədiyini açıqlayıb.

Qeyd edək ki, Leyla əfsanəvi boksçu Məhəmməd Əlinin qızıdır. O, mütləq dünya çempionu tituluna ardıcıl 24 görüşdə qələbə qazanmaqla sahib çıxıb. Maraqlıdır ki, Leyla bu döyüşlərin hamısında rəqiblərini vaxtından əvvəl məğlub edib.
0