Korotenko “Srvena Zvezda”nı dayandırdı
25.09.2008 - 16:09
Korotenko “Srvena Zvezda”nı dayandırdı
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyənin qadınlardan ibarət “Fənərbaxça Acibadem” klubu təlim-məşq toplanışında olduğu Serbiyada ilk yoxlama oyununu keçirib. “APA-Sport”un məlumatına görə, yerli “Srvena Zvezda” klubu ilə qarşılaşan istanbullular rəqibini 3:2 hesabı ilə məğlub ediblər.

Yeni mövsümdə də “Fənərbaxça Acibadem”də icarə əsasında çıxış edəcək Valeriya Korotenko əsas heyətdə mübarizə aparıb. Milli komandamızın liberosu görüşün ən yaxşı oyunçularından olub. Yığmamızın kapitanı Oksana Quliyeva isə fasilələrlə meydana çıxıb.

Qeyd edək ki, voleybolçularımız ötən mövsüm də icarə əsasında “Fənərbaxça Acibadem” klubunda çıxış ediblər və Türkiyə Superliqasının gümüş medalını qazanıblar.
0