Azərbaycan kubokunda dəyişikliklər
26.09.2008 - 12:24
Azərbaycan kubokunda dəyişikliklər
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan kuboku uğrunda yarışın 1/8 final mərhələsinin görüşlərinin keçiriləcəyi günlər müəyyənləşib. “APA-Sport”un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, paytaxt klublarının ev oyunlarını eyni stadionlarda keçirməsi bəzi məcburi dəyişiklərə səbəb olub. Rəqiblərini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edən “Neftçi” ilə “Bakı”nın ilk görüşləri fərqli günlərə salınıb. Bu, “Şəfa” stadionunda ev oyunlarını keçirən “İnter”lə “Olimpik”ə də aiddir. “Standard”la MOİK isə cavab görüşləri zamanı “Şəfa”da rəqiblərini fərqli günlərdə qəbul edəcək.

“İnter” – “Standard”
29.10.2008 – 06.11.2008
“Neftçi” - MOİK
29.10.2008 – 05.11.2008
“Qəbələ” - Turan
29.10.2008 – 05.11.2008
“Simurq” – “Spartak”
30.10.2008 – 05.11.2008
“Olimpik” – “Karvan”
30.10.2008 – 05.11.2008
“Xəzər-Lənkəran” - NBC
30.10.2008 – 06.11.2008
”Bakı” – “Qafqaz Universiteti”
30.10.2008 – 06.11.2008
“Qarabağ” – “Bakılı”
30.10.2008 – 05.11.2208
0