Anri “Barselona”dan gedir
26.09.2008 - 17:22
Anri “Barselona”dan gedir
Bakı. Mehman Süleymanov - APA-Sport. Fransalı hücumçu Tyeri Anri “Barselona” klubunu tərk edəcəyini istisna etməyib. “APA-Sport”un məlumatına görə, 31 yaşlı futbolçu Kataloniya təmsilçisində çıxış etməkdən zövq almadığını bildirib.

“Arsenal”ın heyətində ingilis futboluna öz damğasını vuran Tyeri “Barsa”da heç də xoşbəxt günlərini yaşamır. Anri baş məşqçi Xosep Qvardiolaya şərt irəli sürüb: “İndi danışılası bir şey yoxdur. Ancaq belə davam edərsə, Qvardiola ilə söhbətləşmək məcburiyyətində qalacağam. Mən sadəcə, yaşıl meydanda özüm kimi çıxış etmək istəyirəm. İstədiyim yerdə oynamasam, klubdan gedə bilərəm”.

Qeyd edək ki, Anri 8 mövsüm keçirdiyi “Arsenal”ı ötən il “Barselona”ya dəyişib.
0