“Ayntraxt” klubunun prezidenti Bakıya gəlib
26.09.2008 - 17:59
“Ayntraxt” klubunun prezidenti Bakıya gəlib
Bakı. Aqşin Əliyev - APA-Sport. Almaniyanın “Ayntraxt” futbol klubunun prezidenti Peter Fişer Bakıya təşrif buyurub. “APA-Sport”un AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, Fişer paytaxtımıza komandanın hüquqşünası Axel Hellmannla birgə gəlib.

Qonaqlar bu gün AFFA-nın mənzil-qərargahında assosiasiyanın baş katibi Elxan Məmmədovla görüşüblər. Tərəflər əməkdaşlıqla bağlı geniş söhbətlər aparıblar. Sonda AFFA ilə “Ayntraxt” arasında bu ilin sonunadək müqavilə bağlanması barədə razılıq əldə olunub.

Qeyd edək ki, AFFA rəsmiləri almaniyalılarla ilk dəfə bu il Frankfurt şəhərinə səfər edərkən, müzakirələr aparmışdılar.
0