Altıntop ili başa vurdu
27.09.2008 - 10:01
Altıntop ili başa vurdu
Bakı. Mehman Süleymanov - APA-Sport. Almaniyanın “Bavariya” klubunun türkiyəli futbolçusu Hamit Altıntop bu il bir daha meydana çıxmayacaq. “APA-Sport”un məlumatına görə, Türkiyə yığmasının da şərəfini qoruyan 26 yaşlı yarımmüdafiəçi ciddi zədə ilə üzləşib. Həkimlər köhnə zədəsini təzələyən Hamitə ən yaxşı halda, gələn il oynaya biləcəyini və mütləq cərrahiyyə əməliyyatı olunmasını deyiblər. Belə olan halda, Altıntop klubu ilə yanaşı, yığmaya da 2007-ci ildə kömək edə bilməyəcək.
Hamitin heyətində Avropa çempionatının bürünc mükafatçısı olduğu Türkiyə yığması oktyabrın 11-də evdə Bosniya və Herseqovina ilə, bundan dörd gün sonra səfərdə Estoniya ilə rəsmi görüşlər keçiriləcək.
0