Voleybolçularımız “Fənərbaxça”nın məğlubiyyətinə əngəl ola bilmədilər
27.09.2008 - 12:08
Voleybolçularımız “Fənərbaxça”nın məğlubiyyətinə əngəl ola bilmədilər
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyənin qadınlardan ibarət “Fənərbaxça Acibadem” klubu Serbiyada ikinci yoxlama oyununu keçirib. “APA-Sport”un məlumatına görə, Polşanın “Postar 34” komandasıyla qarşılaşan İstanbul təmsilçisi rəqibinə 2:3 hesabıyla uduzub.

“Fənərbaxça Acibadem”də icarə əsasında çıxış edən milli komandamızın üzvləri bu görüşdə əsas heyətdə mübarizə aparmayıblar. Oyuna sonradan qoşulan libero Valeriya Korotenko ilə yığmamızın kapitanı Oksana Quliyeva komandalarını məğlubiyyətdən xilas edə bilməyiblər.

Qeyd edək ki, İstanbullular ilk yoxlama matçında Serbiyanın “Svena Zvezda” klubuna eyni hesabla qalib gəlmişdilər.
0