Mer futbolçuya diş düzəltdirəcək
02.10.2008 - 15:57
Mer futbolçuya diş düzəltdirəcək
Bakı. Mehman Süleymanov - APA-Sport. Ukraynanın Zaporojye şəhərinin meri Yevgeni Kartaşov maraqlı təkliflə çıxış edib. “APA-Sport”un məlumatına görə, rəhbərlik etdiyi şəhərin “Metallurq” klubunun “Dnepr”lə ölkə çempionatındakı oyununu izləmək məqsədilə Dnepropetrovska gələn Kartaşov futbolçusu Taras Stepanenkonun dişini düzəltdirməyi öz öhdəsinə götürüb. “Dnepr”in oyunçusu Andrey Vorobeyin dirsəyi ilə dişini sındırdığı Tarasın halına acıyan şəhər icra başçısı ona arxa durub: “Stepanenkoya yeni dişin qoyulması mənim hesabımadır”. Futbolçu isə sınan qabaq dişini xatirə olaraq saxladığını söyləyib. Şəhər merinin dediklərini ciddi qəbul etməyən Stepanenkonun sözlərinə görə, ona yeni dişinin düzəldilməsi üçün xərci klub ödəməlidir. Dnepropetrovsk şəhərinin meri İvan Kuliçenkonun qarşısında söz verən Kartaşov geri çəkilmək fikrində deyil və söylədiklərinin ciddi qəbul edilməsini istəyir.
Qeyd edək ki, metal keramikadan özünə yeni diş düzəldən futbolçuya bu 900 Ukrayna qrivnasına (184 ABŞ dolları) başa gələcək.


0