Premyer Liqanın oyunlarının vaxtı dəyişdirilib
02.10.2008 - 16:47
Premyer Liqanın oyunlarının vaxtı dəyişdirilib
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan Premyer Liqasında VII turun oyunların başlanma saatları müəyyənləşib. “APA-Sport”un məlumatına görə, havaların getdikcə tez qaralması ilə əlaqədar matçların vaxtını geri çəkilib. Süni işıqlandırma sistemi olmayan stadionlarda bu ay görüşlərin saat 16:00-da başlanması nəzərə tutulub. Belə problemləri olmayan klubların ev oyunlarını nəzərdə tutulduğundan gec başlanması ilə əlaqədar rəsmi müraciətləri isə müsbət cavablanıb.

4 oktyabr

“Standard” – “Xəzər-Lənkəran”

Bakı. ”Şəfa” stadionu. Saat 18:00

“Bakı” – “Olimpik”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 17:15

NBC – “İnter”
Salyan. Olimpiya İdman Kompleksinin stadionu. Saat 16:00

“Turan” – “Qarabağ”
Tovuz. Şəhər stadionu. Saat 16:00

5 oktyabr

“Qəbələ” – “Bakılı”

Qəbələ. Şəhər stadionu. Saat 16:00

“Simurq” – “Karvan”
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu. Saat 19:00

MOİK – “Neftçi”
Bakı. ”Şəfa” stadionu. 17:15
0