“Beşiktaş” rəhbərliyi Ərtoğrul Sağlama inanmır
03.10.2008 - 10:37
“Beşiktaş” rəhbərliyi Ərtoğrul Sağlama inanmır
Bakı - APA-Sport. “Bu məğlubiyyətin hesabını verəcəklər. Qarşıdakı günlərdə mütləq araşdırma aparılacaq. Heyəti meydana baş məşqçi çıxarır. Necə ola bilər ki, məşq etməyən Gökhan Zan əsas heyətdə mübarizə aparır”. “APA-Sport”un məlumatına görə, bu sözləri Türkiyənin “Beşiktaş” klubunun İdarə Heyətinin üzvü Şərəf Yalçın söyləyib.

Yalçın komandanın UEFA kubokunda Ukraynanın “Metalist” klubuna uduzaraq mübarizəni dayandırmasında baş məşqçi Ərtoğrul Sağlamın məsuliyyət daşıdığını bildirib: “Məşqçimizin heyəti formalaşdırarkən ədalətli davrandığına inanmıram. Ukrayna təmsilçisinin adı-sanı heç yerdə eşidilməyib. Amma əla futbol oynayırlar. Ərtoğrul Sağlamın ya çalışdırma, ya da komandanın yükünü çəkmək ilə bağlı problemi var. İstədiyi futbolçuları transfer etsək də, oyun bərbaddır. Belə davam edə bilməz. Məşqçimiz bir an öncə toparlanmalıdır. “Beşiktaş” sıradan bir komanda deyil”.
0