“Azərreyl” Türkiyə klubuna uduzdu
06.10.2008 - 10:41
“Azərreyl” Türkiyə klubuna uduzdu
Bakı. Kənan Həsənov - APA-Sport. Qadınlardan ibarət “Azərreyl” voleybol klubu Türkiyədə keçirilən təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçına çıxıb. “APA-Sport”un məlumatına görə, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv Superliqa təmsilçisi “Nilufər Bələdiyyəsi” klubu ilə qarşılaşıb.

Komandamız ilk setdə üstün olsa da, görüş daha yaxşı təsir bağışlayan meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Qarşılıqlı razılaşmaya əsasən, tərəflər arasında daha iki yoldaşlıq oyunu keçiriləcək.
0