FIFA-nın pulları hara xərclənib?
06.10.2008 - 14:39
FIFA-nın pulları hara xərclənib?
Son vaxtlar Samoa futbolunda gərgin vəziyyət yaranıb. Ölkənin futbol qurumunun maliyyə və inzibati durumu burada “idmanın şahı”nın tənəzzülünə gətirib çıxarıb. Samoa Futbol Federasiyasının rəhbərliyi son 5 ildə FİFA-dan aldığı 5 milyon dolların pulun “başını əkib”.

Bu məbləğin düzgün xərclənmədiyini və borcların verilmədiyini görən OFC nəticədə sərt tədbirə əl atıb. Hələlik Samoa milli komandasının beynəlxalq yarışlarda iştirakına qadağa qoyulub. Konfederasiyanın növbəti konqresində bu ölkənin ümumiyyətlə qurumdan xaric edilməsi müzakirə olunacaq.
0