Azərbaycanlı peşəkar boksçu Rusiya çempionu titulunu qazanıb
06.10.2008 - 16:46
Azərbaycanlı peşəkar boksçu Rusiya çempionu titulunu qazanıb
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanlı peşəkar boksçu Fariz Kazımov Rusiya çempionu titulunu qazanıb. “APA-Sport”un məlumatına görə, 21 yaşlı təmsilçimiz Kazan şəhərində təşkil olunan boks gecəsində rusiyalı Timur Qimayevi xal hesabı ilə məğlub edib.

63,5 kq çəkidə baş tutan qarşılaşma bərabər mübarizə şəraitində keçsə də, hakimlər qələbəni Kazımova veriblər. Bu, Şəmkirdə anadan olan Farizin peşəkar rinqdə 6-cı qələbəsi olub. Boksçumuz 1 dəfə uduzub, 1 görüşü isə heç-heçə başa vurub.

Qeyd edək ki, bir müddət öncə Rusiyada yaşayan həmvətənlərimiz Xanlar Əzizovla Rauf Qarayev də eyni titul uğrunda bir-biri döyüşüb. Moskvada keçirilən görüşün qalibi Əzizov olub.
0