Finlandiya - Azərbaycan oyunu “Lider”də
07.10.2008 - 15:10
Finlandiya - Azərbaycan oyunu “Lider”də
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan milli komandasının 2010-cu il dünya çempionatının seçmə mərhələsində Finlandiya ilə qarşıdakı oyunu canlı yayımlanacaq. “APA-Sport”un məlumatına görə, oktyabrın 11-də Helsinkinin “Olimpiya” stadionunda keçiriləcək matçı “Lider TV” göstərəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, milli komandamızın cari seçmə mərhələdə ilk səfər matçı olan Uels yığması ilə sentyabrın 6-da Kardiffdəki görüşü Az.TV canlı yayımlamışdı.
0