Appya “Qalatasaray”a keçir?
08.10.2008 - 11:11
Appya “Qalatasaray”a keçir?
Bakı - APA-Sport. “Qalatasaray” klubu əzəli rəqibi “Fənərbaxça”nın sabiq futbolçusunu transfer etməyə hazırlaşır. “APA-Sport”un türkiyə mətbuatına istinadən məlumatına görə, qalmaqallı şəkildə Türkiyədən ayrılan Stefan Appyanın meneceri bu məqsədlə İstanbula dəvət edilib.
Vaxtilə “Fənərbaxça”da bir mövsümə 2,2 milyon avro qazanan qanalı müdafiəçini “Trabzonspor” da heyətinə qatmaq istəyir. Appyanın xidmətində İtaliyanın “Yuventus” və Portuqaliyanın “Benfika” klubları da maraqlıdırlar.
0