“Bu vəziyyətdə əlimizdən heç nə gəlmir”
10.10.2008 - 10:51
“Bu vəziyyətdə əlimizdən heç nə gəlmir”
Bakı - APA-Sport. “Zədəli futbolçularımızın sayı çoxdur. Bu durumda əlimizdən heç nə gəlmir. Meydana çıxanlar aslanlar kimi savaşacaqlar”. “APA-Sport”un məlumatına görə, bu sözləri Türkiyə yığmasının baş məşqçisi Fatih Terim söyləyib.

Sabah İstanbulda dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bosniya və Herseqovina ilə qarşılaşacaqlarını xatırladan 55 yaşlı mütəxəssis hədəflərinin qələbə olduğunu bildirib: “Mən komandama inanıram. Heyətə yeni futbolçular dəvət etsəm də, rəqibi məğlub edəcəyimizə şübhəm yoxdur. Gənclər bu oyunda özlərini göstərməyə çalışacaqlar”.
0