Finlandiya yığması Azərbaycanı məğlub edəcək
10.10.2008 - 12:47
Finlandiya yığması Azərbaycanı məğlub edəcək
Bakı - APA-Sport. Sabah dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Helsinkinin Olimpiya stadionunda keçiriləcək Finlandiya - Azərbaycan matçı birincilərin qələbəsi ilə başa çatacaq. “APA-Sport”un İnternet saytında aparılan növbəti sorğunun nəticəsi belə olub.

On gün ərzində 801 nəfər saytımızı ziyarət edərək, “Helsinkidə Finlandiya və Azərbaycan futbol yığmaları arasında keçiriləcək oyun necə nəticələnəcək” sualını cavablayıblar. Respondentlərin 41 faizi (333 nəfər) sabahkı görüşdə meydan sahiblərinin qələbə qazanacağını düşünür. 208 nəfərin fikrincə, tərəflər “sülh”lə ayrılacaqlar. Milli komandamızın qalib gələcəyinə səs verənləri sayı isə 194 nəfərə (24 faiz) bərabərdir. Müsabiqəyə qatılanların 8 faizi suala cavab verməyə çətinlik çəkiblər.

Qeyd edək ki, indiyədək yığmamız Helsinkidə Finlandiya ilə keçirdiyi hər 3 rəsmi oyunda məğlubiyyətlə üzləşib (0:3; 0:3; 1:2).
0