Pavlyuçenko deputatlığa namizəd oldu
10.10.2008 - 14:33
Pavlyuçenko deputatlığa namizəd oldu
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan yığmasının cari seçmə mərhələdə rəqiblərindən olan Rusiya yığmasının hücumçusu Roman Pavlyuçenko deputat olmağa hazırlaşır. “APA-Sport”un məlumatına görə, bir ay öncə “Spartak”ı (Moskva) Londonun “Tottenhem” klubuna dəyişən 27 yaşlı futbolçunun parlamentə namizədliyi “Bütöv Rusiya” partiyasından irəli sürülüb. Pavlyuçenko Stavropol şəhər dumasına deputat seçkilərinə namizədlər arasındadır: “Əgər deputat seçilsəm, peşəkar işimlə əlaqədar şəhər dumasının fəaliyyətində bilavasitə iştirak etmək mənə asan olmayacaq. Bununla belə, şəhərin bədən tərbiyəsinin və idmanının perspektiv inkişafında məsləhət, konkret töhfəmlə kömək etmək niyyətindəyəm”. Stavropol şəhər dumasına seçkilər oktyabrın 12-də keçiriləcək.
Qeyd edək ki, Pavlyuçenko zədə səbəbindən Rusiya yığmasına Almaniya və Finlandiya ilə rəsmi oyunlarda kömək edə bilməyəcək.
0