Bekster inqilab etməyə hazırlaşır
10.10.2008 - 15:19
Bekster inqilab etməyə hazırlaşır
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Azərbaycan və Uels milli komandaları seçmə mərhələni Finlandiyadan yuxarı pillədə bitirmək istəyir”. “APA-Sport”un məlumatına görə, bu sözləri Finlandiya milli komandasının baş məşqçisi Stüart Bekster deyib.

İngiltərəli mütəxəssis Azərbaycanla oyun öncəsi verdiyi müsahibədə qrup birinciliyindən dəm vurub: “Təbii ki, çox çətin məsələni həll etməli olduğumuzu başa düşürük. Almaniya və Rusiyanın güclü olduğunu yayda bütün Avropa gördü. Elə biz də onlara hörmət edirik. Amma onlardan qorxmuruq”.

Milli komandada nəticə qazanmaqla kifayətlənmək istəməyən Bekster fin futbolunda yenidənqurma aparmaq arzusundadır: “Final mərhələsinə vəsiqə qazanıb CAR-a yollanmağımız təkcə azarkeşləri sevindirmək üçün deyil. Qazanacağımız bu uğur Finlandiya futbolunun inkişafına təkan verməlidir. Bu idman növünə investisiyalar qoyular, inkişaf strategiyası üzrə işlər aparırlar. Bu yığmanın gələcəyi üçün atılan addımlar olardı. Norveç, İsveç və Danimarkadan geri qalan Finlandiya futbolunu 10 illik proqramla inkişaf etdirmək lazımdır. Azarkeşlər də futbola biganə qalmamalıdır. Axı bu klubların da büdcəsinə xeyir verəcək”.
0