İlqar Qurbanov problemlə üzləşib
10.10.2008 - 16:11
İlqar Qurbanov problemlə üzləşib
Bakı - APA-Sport. Azərbaycan yığmasının sabiq üzvü İlqar Qurbanovun Türkiyənin “Boluspor” klubunda işləri qaydasında getmir. “APA-Sport”un məlumatına görə, təmsilçimiz “Altay”la səfər matçında da meydana çıxa bilməyəcək. Buna komandanın baş məşqçisi Sərhat Güllərin kiçik zədəsi olan təmsilçimizi 18 nəfərlik heyətə cəlb etməməsi səbəb olub.
Qeyd edək ki, “Boluspor” Türkiyə çempionatının aşağı divizionunda uğursuz çıxış edir. Keçirdiyi 6 oyunda 4 xal qazanan komanda turnir cədvəlinin sonuncu pilləsində yer alıb.
0