Stam Mançesterə qayıtdı
10.10.2008 - 16:25
Stam Mançesterə qayıtdı
Bakı. Mehman Süleymanov - APA-Sport. Məşhur holland müdafiəçi Yap Stam futbolçu karyerasının ən yaxşı illərini keçirdiyi “Mançester Yunayted” klubuna qayıdıb. “APA-Sport”un məlumatına görə, o seleksiyaçı məşqçi kimi kluba Cənubi Amerikadan gənc istedadların axtarışı ilə məşğul olacaq. Artıq yeni işinə başlayan Yap çempionatın bir neçə oyununu izləmək məqsədilə Braziliyaya baş çəkib. Vaxtilə PSV-dən “Mançester Yunayted”ə rekord məbləğ sayılan 16,7 milyon avroya transfer olunan holland sonradan baş məşqçi Aleks Ferqyussonla dalaşdığı üçün İtaliyaya yollanıb. Əvvəlcə “Latsio”da çıxış edən müdafiəçi sonradan “Milan”a keçib.
Qeyd edək ki, uzun müddət Hollandiya yığmasında da çıxış edən Stam futbolçu karyerasını ötən il vətənində, Amsterdamın “Ayaks” klubunda başa vurub.
0