Terim məhkəmədə jurnalistə uduzdu
10.10.2008 - 17:13
Terim məhkəmədə jurnalistə uduzdu
Bakı - APA-Sport. Türkiyə yığmasının baş məşqçisi Fatih Terimin başı qalmaqallardan açılmır. “APA-Sport”un məlumatına görə, bu dəfə 55 yaşlı mütəxəssisin iddiası məhkəmə tərəfindən təmin edilməyib.

İdman yazarı Onur Belgeni məhkəməyə verən və mənəvi zərər qismində 100 min YTL təzminat tələb edən Terimin bu istəyi baş tutmayıb. Bununla yanaşı, təcrübəli mütəxəssis jurnalistin vəkillər üçün xərclədiyi 500 YTL həcmində məbləği də ödəməli olacaq.

Qeyd edək ki, Belge Türkiyə - Macarıstan oyununu stadiondan izləyən jurnalistlərə qeyri-etik jest edən Əmrə Bələzoğlunun Terimin gələcək kürəkəni olacağını əsas gətirib, onun cəzalandırılmayacağını bildirmişdi.
0