Türkiyənin əzmkar qələbəsi
11.10.2008 - 23:57
Türkiyənin əzmkar qələbəsi
Bakı - APA-Sport. Türkiyə futbol yığması dünya çempionatının seçmə qrup mərhələsində növbəti qələbəsini qazanıb. “APA-Sport”un məlumatına görə, “ay-ulduzlular” İstanbulda Bosniya və Herseqovinanı məğlub ediblər.

Hərçənd, oyunun əvvəli Fatih Terimin yetirmələri üçün uğursuz alınıb. Belə ki, ilk dəqiqələrdən hücuma atılan meydan sahibləri 27-ci dəqiqədə gözlənilmədən qapılarında qol görüblər. Fasiləyədək hesab dəyişilməz qalıb.

Amma türkiyəlilər ikinci hissədə oyunun gedişini öz xeyirlərinə dəyişməyi bacarıblar. Öncə Səbri Sarıoğlunun qapı önünə qaldırdığı topu uzaqlaşdırmaq istəyən Spahiç avtoqola imza atıb. 65-ci dəqiqədə Mövlud Erdinc qələbə topunun müəllifi olub. Beləliklə, bir çox futbolçularının zədəli olmasına baxmayaraq, Türkiyə milli komandası əzmkar qələbəyə sevinib.
0