Azərbaycan milli komandası Bəhreyndədir
12.10.2008 - 16:10
Azərbaycan milli komandası Bəhreyndədir
Bakı - APA-Sport. Azərbaycan futbol yığması dünya çempionatının seçmə qrup mərhələsində Finlandiyaya qarşı oyundan dərhal sonra Helsinkini tərk edib. “APA-Sport”un AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, milli komandamız Bəhreynin paytaxtı Manamaya yollanıb.

Səfərdə məqsəd yerli komanda ilə yoldaşlıq görüşü keçirməkdir. Həmyerlilərimiz Manamanın “Elite Suites” otelində məskunlaşıblar. Bəhreyn – Azərbaycan matçı oktyabrın 15-də baş tutacaq.
0