Natalya Superliqaya 4 ulduzla başladı
13.10.2008 - 10:26
Natalya Superliqaya 4 ulduzla başladı
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyədə qadınlar arasında voleybol çempionatı start götürüb. “APA-Sport”un məlumatına görə, Azərbaycan yığmasının üzvlərinin şərəfini qoruduğu klublar Superliqaya qələbə ilə başlayıblar.

Yığmamızın lideri Natalya Məmmədovanın çıxış etdiyi “Türk Telekom” iddialı rəqiblərdən “Vakıfbank Günəş Sığorta”nı qəbul edib. Komandasının inamlı qələbəsində (3:0) önəmli rol oynayan Məmmədovanın mükəmməl oyunu 4 ulduzla qiymətləndirilib.

“Fənərbaxça Acibadem”də icarə əsasında çıxış edən Oksana Quliyeva ilə Valeriya Korotenko isə “Diclə Universiteti” ilə görüşdə o qədər də fəallıq nümayiş etdirməyiblər. Rəqib zəif olduğundan fasilələrlə meydana çıxan voleybolçularımızın oyunu 2 ulduzla qiymətləndirilib. “Fənərbaxça Acibadem” doğma meydanda 3:0 hesablı qələbəyə sevinib.
0