Berti Foqts start heyətini açıqladı
15.10.2008 - 17:41
Berti Foqts start heyətini açıqladı
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Bu gün Bəhreynlə yoldaşlıq oyunu keçirəcək Azərbaycan yığmasının start heyəti açıqlanıb. “APA-Sport”un məlumatına görə, baş məşqçisi Berti Foqts Finlandiyaya qarşı matçla müqayisədə ilk “11-lik”də beş dəyişiklik edib. Oktyabrın 11-də Helsinkidə meydana çıxan Aleksandr Çertoqanov, Samir Abbasov, Saşa Yunisoğlu, Branimir Subaşiç və Elvin Məmmədov bu dəfə start heyətindən kənarda qalıb. Ehtiyatda olan bu futbolçuların əvəzində Usim Nduka, Aqil Nəbiyev, Emin Cəfərquliyev, həmçinin Finlandiyada meydana sonradan daxil olan Anatoli Ponomaryovla Cavid Hüseynov ilk dəqiqələrdən Manamadakı milli stadiona çıxacaq.

Azərbaycan milli komandasının start heyəti:

1. Kamran Ağayev, 2. Rail Məlikov, 3. Mahir Şükürov, 4. Aqil Nəbiyev, 5. Anatoli Ponomaryov, 13. Usim Nduka, 14. Rəşad Sadıqov, 15. Cavid Hüseynov, 17. Zeynal Zeynalov, 18. Leondro Qomeş, 21. Emin Cəfərquliyev.

Ehtiyat oyunçular: 12. Fərhad Vəliyev, 23. Rauf Mehdiyev, 3. Şaşa Yunisoğlu, 6. Elmar Baxşıyev, 7. Mahmud Qurbanov, 8. Aleksandr Çertoqanov, 9. Samir Abbasov, 10. Branimir Subaşiç, 16. Elvin Məmmədov, 9. Araz Abdullayev, 20. Vaqif Cavadov.








0