Yığmamızdan ikiqat yubiley qələbəsi
16.10.2008 - 09:25
Yığmamızdan ikiqat yubiley qələbəsi
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan milli komandası yubiley qələbəsini qazanıb. “APA-Sport”un hesablamalarına görə, səfərdə Bəhreyni 2:1 hesabı ilə məğlub edən yığmamız tarixində 25-ci qələbəsini qazanıb. 147-ci oyununda yubiley uğurunu əldə edən komandamız 36 dəfə heç-heçə edib, 86 matçda uduzub (top fərqi 95:263). Bu dəfə də yoldaşlıq oyununda qalib gələn millimiz 20-ci dəfə rəqibini üstələyib. Yığmamız keçirdiyi 76 yoxlama qarşılaşmasında daha 25 dəfə heç-heçə edib və 31 dəfə uduzub. Bu matçlarda millinin top fərqi 68:158-dir.


0